Əsas Səhifə > Hadisə > Türkiyə “F-35”-ləri bu təyyarələrlə əvəz edə bilər – 3 alternativ
Türkiyə “F-35”-ləri bu təyyarələrlə əvəz edə bilər – 3 alternativ6-08-2019, 11:47 |
![]() Məlum olduğu kimi, ABŞ Türkiyənin Rusiyadan “S-400” komplekslərini almasına cavab olaraq, rəsmi Ankaranı özünün “F-35” yeni nəsil hərbi təyyarələrindən məhrum edib. Rubrika.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, artıq Türkiyə üçün ABŞ təyyarəsini əvəzləyəcək 3 variant mövcuddur. “Zvezda” dərgisi yazır ki, Türkiyə öz hərbi hava qüvvələrini 3 tip təyyarə ilə zənginləşdirə bilər. Bunlar Rusiyaya aid “SU-57”, Çinin istehsal etdiyi “J-31” və Avropada istehsal ediləcək “NGF” hərbi təyyarələridir. Qeyd olunur ki, Türkiyə üçün Rusiya və Çin təyyarələrini almaq heç bir problem yaratmayacaq, çünki ABŞ sanksiyaları bu alış-verişə təsir edə bilməz. Lakin ABŞ administrasiyası Fransa və Almaniyaya təzyiq göstərərək, ən son texnologiyalarla hazırlanan “NGF”-in Türkiyəyə verilməsinin qarşısını ala bilər. Bu səbəbdən ehtimal olunur ki, Türkiyə məhz Çin və Rusiya variantlarından birini seçməli olacaq. Ruslar ümid edirlər ki, türklər öz seçimlərini “SU-57”-nin üzərində saxlayacaq. Onu da qeyd edək ki, artıq Türkiyənin özünün yerli “TAİ” korporasiyasının 5-ci nəsil ağır qırıcı təyyarələrin istehsalı prosesi üzərində işlədiyi bildirilir. Hətta qeyd olunur ki, bu təyyarələr Rusiyanın “S-400” komplekslərinə təhlükə yarada biləcək gücə malik olacaqlar. Rubrika.az Geri qayıt |