Əsas Səhifə > Hadisə > Salyanda əlil maşını qəzaya uğradı, sərnişin xəsarət aldı
Salyanda əlil maşını qəzaya uğradı, sərnişin xəsarət aldı7-08-2019, 10:33 |
![]() Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 50-ci km-də yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər xəsarət alıb. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala rayon sakini Tahir Mahir oğlu Zeynalovun idarə etdiyi 42 BC 632 dövlət nömrə nişanlı, “OKA” markalı minik maşınının idarəetməni itirərək yolayrıcına çırpılması nəticəsində onun sərnişini- Salyan rayonunun Xıdırlı kənd sakini, 39 yaşlı Rahil Tofiq oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |