Əsas Səhifə > Hadisə > Zelenski bu gün Türkiyəyə gedir
Zelenski bu gün Türkiyəyə gedir7-08-2019, 10:50 |
![]() Bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri başlayır. Rubrika.az virtualaz.org-a istinadla bildirir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat katibliyi məlumat yayıb. Bildirilib ki, iki gün çəkəcək səfər dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq. Səfər zamanı tərəflər ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafını müzakirə edəcəklər. Danışıqlar zamanı Qara dəniz hövzəsində sülh və stabilliyin bərqərar olunması haqqında fikir mübadiləsinin aparılacağı da gözlənilir. Ankaradan sonra Zelenski İstanbulu ziyarət edəcək. Zelenski, həmçinin Ukrayna və Krım tatarları cəmiyyətində görüş keçirəcək. Rubrika.Az Geri qayıt |