Əsas Səhifə > Hadisə > Azərbaycanlı aktrisanın nişanı qayıtdı — Gecə saatlarında...

Azərbaycanlı aktrisanın nişanı qayıtdı — Gecə saatlarında...


7-08-2019, 14:55
Azərbaycanlı aktrisanın nişanı qayıtdı — Gecə saatlarında...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova nişanlısından ayrılıb.

Rubrika.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, Günel nişanlısı Cənubi Azərbaycandan olan Sutoy (Əsl adı Həsəndi) adlı şəxslə münasibətlərini bitirib.
Sutoy Bakı Musiqi Akademiyasının vokal fakültəsini bitirib. O, görkəmli opera müğənnisi, Azərbaycan SSR xalq artisti Xuraman Qasımovanın tələbəsi olub.
Mənbənin bildirdiyinə görə, Günel nişanlı olan zaman, gələcək həyat yoldaşının sosial şəbəkədəki bütün qız izləyiciləri dostluq siyahısından sildiribmiş O, hətta işdə, cəmiyyətdə keçmiş nişanlısının qız həmkarları ilə danışmasına, salamlaşmasına belə qadağa qoyubmuş.
Aktrisanın nişanlısı bir müddət çalışmaq üçün Avropada da yaşayıb.
Mənbənin iddiasına görə, cütlüyün arasındakı əsas narazılıq səbəblərindən biri də aktrisanın çəkilişlərdən gec saatlarda qayıtmasıymış .

Rubrika.az
Geri qayıt