Əsas Səhifə > Hadisə > Yunanıstanda azərbaycanlı haker tutuldu

Yunanıstanda azərbaycanlı haker tutuldu


9-08-2019, 18:29
Yunanıstanda azərbaycanlı haker tutuldu

Yunanıstan polisi İnterpolun axtarışa verdiyi Azərbaycan vətəndaşını saxlayıb.

Axar.az xəbər verir ki, 42 yaşlı Azərbaycan vətəndaşı Türkiyə və Yunanıstan sərhədində yaxalanıb.

Belə ki, sərhəddə pasport yoxlanılması zamanı Azərbaycan vətəndaşının kompüter məlumatlarına qeyri-qanuni müdaxilə, fırıldaqçılıq və şantaj ittihamları ilə beynəlxalq axtarışa verildiyi müəyyən edilib.

Yunan mətbuatı saxlanılan hakerin Frakiya vilayət prokurorluğuna göndərildiyini və onun Azərbaycana ekstradisiya ediləcəyini bildirib.

Rubrika.Az
Geri qayıt