Əsas Səhifə > Mədəniyyət > Azərbaycanlı aktrisa xəstəxanaya düşdü

Azərbaycanlı aktrisa xəstəxanaya düşdü


13-08-2019, 14:44
Azərbaycanlı aktrisa xəstəxanaya düşdü

Geyimləri və paylaşımları ilə son vaxtlar haqqında çox danışılan aktrisa Çimnaz Sultanova təcili əməliyyat edilib.

Rubrika.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda özü İnstaqram hesabında məlumat verib.
O, halının qəfildən pisləşdiyini və Mərkəzi Klinikada əməliyyat olunduğunu deyib. Aktrisanın sözlərinə görə, əməliyyat uğurlu keçib və o hazırda özünü yaxşı hiss edir.
Ç.Sultanova pərəstişkarlarının Qurban Bayramını təbrik etməyi də unutmayıb.

Rubrika.az
Geri qayıt