Əsas Səhifə > Hadisə > Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycan nefti kəskin bahalaşdı


14-08-2019, 10:53
Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,78 ABŞ dolları və yaxud 4,53% artıb.

Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,09 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Rubrika.az
Geri qayıt