Əsas Səhifə > Səhiyyə > Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev cənabına

Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev cənabına


14-08-2019, 11:57
Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev cənabına

Hörmətli sədr!

Rublika.Az saytının 01.08.2019-cu il tarixində "Azərbaycan səhiyyəsinin “Şirəliyev xəstəliyi” - Kardialogiya İnstitutunun direktoru G.Dadaşovanın plagiat elmi işi necə təsdiq olundu?" http://rublika.az/index.php?newsid=52140 başlıqlı yazı dərc edilmişdir. Yazıda xüsusilə Akademik C.M. Abdullayev adına Kardiologiya İnstitutunun yeni təyin olunmuş direktoru G.Dadaşovanın "Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan bu elmi işin 38 səhifəsi tamamilə köçürmə-plagiat olması iddia olunur.

Cənab sədr!

Sizin ədalətli, vətənini, dövlətini sevən insan olmağınız haqqında ictimai rəy mövcuddur. Elə bu baxımdan bu mövzunu şəxsi nəzarətinizə götürərək qanunamüvafiq qaydada yenidən baxılmasını təmin etməyinizi xahiş edirik.

Rublika.Az saytının Baş redaktoru,
Nicat Mahmudov

Geri qayıt