Əsas Səhifə > Hadisə > “Uniklinika”da ölüm: - burun əməliyyatı 16 yaşlı gəncin həyatına son qoydu
“Uniklinika”da ölüm: - burun əməliyyatı 16 yaşlı gəncin həyatına son qoydu14-08-2019, 16:30 |
![]() Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb. Rubrika.Az xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər. Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən "Uniklinika”da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb. Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır. Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər. Xatırladaq ki, 2018-ci ilin martında "StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü. Rubrika.Az Geri qayıt |