Əsas Səhifə > Hadisə > Bakıda toyda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb - YENİLƏNİB

Bakıda toyda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb - YENİLƏNİB


15-08-2019, 10:52
Bakıda toyda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb - YENİLƏNİB

14 avqust 23:18

Bakının Binəqədi rayonunda kütləvi dava olub.
"Report" xəbər verir ki, 9-cu mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.
Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunublar.
Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt