Əsas Səhifə > Hadisə > İtkin uşaqlar Bərdədə tapıldı - qaraçı qadın oğurlayıb

İtkin uşaqlar Bərdədə tapıldı - qaraçı qadın oğurlayıb


16-08-2019, 15:46
İtkin uşaqlar Bərdədə tapıldı - qaraçı qadın oğurlayıb

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında itkin düşən, bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu tapılıb.

Bu barədə Unikal.org-a uşaqların anası Çiçək Aslanova məlumat verib. O bildirib ki, Binəqədi polisinin apardığı araşdırma nəticəsində məlum olub ki, uşaqlarını evində gətirdiyi tadımadığı qadın oğurlayıb: "O, qadın qaraçı imiş. Uşaqları özü ilə Bərdəyə aparıb. Bərdə polisi həmin qadını saxlayıb və övladlarım Bakıya gətirilir".

Rubrika.Az
Geri qayıt