Əsas Səhifə > Hadisə > Almazbek Atambayevin həbs müddəti uzadılıb

Almazbek Atambayevin həbs müddəti uzadılıb


21-08-2019, 11:27
Almazbek Atambayevin həbs müddəti uzadılıb

Məhkəmə Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin oktyabrın 26-dək həbsdə saxlanılmasına qərar verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Sergey Slesarev məlumat verib.
Məhkəmə iclası sabiq prezidentin avqustun 8-dən bəri qaldığı istintaq təcridxanasının olduğu Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasında keçirilib.
Daha əvvəl A.Atambayevin avqustun 26-dək həbs olunmasına dair qərar qəbul edilsə də, sonra onun saxlanılmasının qanuniliyi məsələsinə baxılması təxirə salınmışdı.

Rubrika.Az
Geri qayıt