Əsas Səhifə > Hadisə > Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: daha bir mənzil fırıldağı

Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: daha bir mənzil fırıldağı


20-08-2019, 16:53
Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: daha bir mənzil fırıldağı

5 milyon dollar dələduzluqda ittiham olunan şəxslər məhkəmə önünə çıxarılıb.

Rubrika.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Faiq Məmmədov və 1984-cü il təvəllüdlü Fuad Bayramovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 27-nə təyin edilib.

İttihama görə, hər iki şəxs "MƏK-AN" MTK-nın rəhbər şəxsləri olub.

Belə ki, Fuad Bayramov "MƏK-AN" MTK-nın təsisçisi, Faiq Məmmədov isə şirkətin vəzifəli şəxsi olan zaman bina tikintisi və təchizat işləri ilə məşğul olan zaman ümumilikdə 44 vətəndaşa qarşı 5 milyon dolları dələduzluq edib.

Daha əvvəl Faiq Məmmədov mətbuatda açıqlamasında bildirib ki, Fuad Bayramovun maliyyə fırıldağının qurbanı olub.

Qeyd edək ki, adı çəkilən şirkətin rəhbər şəxsləri olan Məmmədov və Bayramov eyni mənzili bir neçə nəfərə satmaqda ittiham edilirlər.

Rubrika.Az
Geri qayıt