Əsas Səhifə > Təhsil > Göytəpə məktəbində saxtakarlıq olub? –MÜƏLLİMLƏR İDDİA EDİRLƏR

Göytəpə məktəbində saxtakarlıq olub? –MÜƏLLİMLƏR İDDİA EDİRLƏR


21-08-2019, 10:59
Göytəpə məktəbində saxtakarlıq olub? –MÜƏLLİMLƏR İDDİA EDİRLƏR

“İşlədiyimiz Cəlilabad rayon Göytəpə şəhər V. Mürsəlov adına 1 nömrəli tam orta məktəbində 2018-2019-cu tədris ilinin sonunda məktəb rəhbərliyi tərəfindən böyük saxtakarlığa yol verilib”. Bunu həmin məktəbin müəllimləri Murad Hüseynov və Fuad İbayev JAMAZ.İNFO-ya göndərdikləri şikayət məktubunda bildiriblər.

Onlar qeyd ediblər ki, məktəbin 11 A sinifində il boyu jurnal üzrə 20 şagird təhsil alıb. “2019-cu ilin tədris ilinin yekun pedoqoji şurası keçirildi. Bu içlasla da tədris ilinə son qoyuldu. Lakin bundan sonra məktəbin direktoru Zaur Ələkbərov Azərbaycan Respublikasının Konustitusyasının 24 maddəsinin 2-ci bəndinin kobud şəkildə bilərəkdən pozulmasına yol verərək, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, dövlət sənədi olan məktəb jurnalı üzrə bütün fənlərdə saxtakarlığa yol verib. İl boyu üzünü bir dəfə də olsun görmədiyimiz şagirdin adını yazıb, fənlər üzrə müəllimlərin xəbəri olmadan həmin şagirdə yüksək ballar və qiymətlər çıxarıb, sonda isə dövlət sənədi hesab edilən atestat verib”.

Müəllimlər vurğulayır ki, bununla bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət etmişik. “Lakin bu məsələnin nə dərəcədə arşdırılması ilə bağlı heç bir məlumat verilmir. Çox təəssüflə qeyd etmək istəyirik ki, məktəb direktoru Zaur Ələkbərovla bağlı ictimayyət arsında gəzən söz söhbətlərə görə, Təhsil Nazirliyinin bəzi əməkdaşlarının köməkliyi ilə, o, bu işin altından rahat şəkildə çıxmağa çalışır”.

Murad Hüseynov və Fuad İbayev qeyd edirlər ki, 22.07.2019-cu il tarixində Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi direktor Zaur Ələkbərovu nazirliyə çağırdıqdan sonra, o daha da arxayınlaşıb. İddiaya görə, hətta onlara "kim hara şikayət etsin. Mənim yuxarıda adamım var, məsələni həll etmişəm, kiminsə mənə gücü çatmaz" deyə bildirib.

Göytəpə şəhər 1 saylı orta məktəbin müəllimləri bildirirlər ki, Zaur Əkbərovu tənqid etmək də mümkün deyil. “Hərbi müəllimi İkram Məmmədov direktoru tənqid etdiyi üçün onun oğlu, 11 B sinfinin şagirdi, Fizika fənni üzrə zona olimpiadasının qalibi olan oğluna ilin yekununda 3 qiymət verdilər”.

Hüseynov və İbayev deyirlər ki, 2018-2019-cu il tədris ilində məktəbi bitrən şagirdlərə verilən attestat qiymətləri ilə TN-nə təqdim edilən qiymət cədvəli uyğun gəlmir. Onlar bunun araşdırılmasını istəyirlər.

Şikayətçilər sonda onu da qeyd edirlər ki, onların iştirakı ilə Təhsil Nazirliyi məktəbdə araşdırma aparmalıdır. “Məktəbdə dərs deyən müəllimlərin ifadəsi alınmalı, 11 A sinifində Siruz Əliyev adında şagirdə qiymətlərin verilmə cədvəli ekspertiza tərəfindən araşdırılmalı, tədris işlər üzrə direktor müavini Həqiqət Rzayeva və sinif rəhbəri Gülrux Quluyeva da dindirilməlidir”.

Onlar ümid edirlər ki, etdikləri müraciətə müsbət cavab veriləcək.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Rubrika.az
Geri qayıt