Əsas Səhifə > Hadisə > Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...

Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...


21-08-2019, 12:50
Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Rubrika.Az
Geri qayıt