Əsas Səhifə > Hadisə > VİLAYƏT EYVAZOV ƏMR İMZALAYIB – Müşfiq Rəhimovun yerinə təyinat
VİLAYƏT EYVAZOV ƏMR İMZALAYIB – Müşfiq Rəhimovun yerinə təyinat22-08-2019, 10:01 |
![]() Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsi ilə bağlı əmr imzalayıb. Rubrika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sözügedən vəzifənin icrası polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğluna tapşırılıb. O, buna qədər sözügedən idarədə inspektor vəzifəsində çalışıb. Qeyd edək ki, bunadək Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsini uzun illər yol polisinin əsas simalarından biri olmuş polis polkovniki Müşfiq Rəhimov icra edib. O, avqustun 13-də öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülüb. Rubrika.az Geri qayıt |