Əsas Səhifə > Dünya > Zelenskidən Rusiya əleyhinə - Çağırış

Zelenskidən Rusiya əleyhinə - Çağırış


23-08-2019, 11:36
Zelenskidən Rusiya əleyhinə - Çağırış

Ukrayna lideri Vladimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla telefon danışığı zamanı Avropa Birliyini Rusiyanın əleyhinə birləşməyə çağırıb.

Rubrika.Az teleqraf.com-a istinadla xəbər verir ki, Vladimir Zelenski Rusiyanın “Böyük yeddi”liyə (G7) qayıdışının mümkünsüz olduğunu vurğulayıb.

Bundan əvvəl “Böyük səkkizlik” (G8) adlanan sammitə Rusiyanın çağırılmamasından sonra birlik "G7" adlanmağa başlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə G8-ə Rusiyanın qayıdışı üçün edilən təkliflərin qeyri-ciddi formada olduğunu bildirib.

Rubrika.Az
Geri qayıt