Əsas Səhifə > Hadisə > İsmayıllıda yas mərasimində ev uçub, 10 nəfərə yaxın xəsarət alan var

İsmayıllıda yas mərasimində ev uçub, 10 nəfərə yaxın xəsarət alan var


25-08-2019, 21:25
İsmayıllıda yas mərasimində ev uçub, 10 nəfərə yaxın xəsarət alan var

İsmayıllı rayonunda ev uçub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.

Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt