Əsas Səhifə > Müsahibə > Rusiyalı milyarderdən Mehriban Əliyevaya təbrik
Rusiyalı milyarderdən Mehriban Əliyevaya təbrik26-08-2019, 13:55 |
![]() Azərbaycan əsilli məşhur rusiyalı milyarder, eks-senator Fərhad Əhmədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik məktubu göndərib. Məktubun bir nüsxəsi də virtualaz.org saytının redaksiyasına ünvanlanıb. Redaksiya nüfuzlu ictimai-siyasi xadimin məktubunu dərc edir və onun xoş arzularına qoşulur. “Sizi ad gününüz münasibətilə ən xoş hisslərlə təbrik edirəm. Siz gənc qadın və təcrübəli siyasətçisiniz. Siz Azərbaycan prezidentinin möhtəşəm xanımı və Birinci vitse-prezidentsiniz. Siz gözəl anasınız və fədakar nənəsiniz (hərçənd Sizi nənə adlandırmağa adamın dili gəlmir). Bütün dünya üçün Siz gözəl ölkə Azərbaycanın ən yaxşı sifətisiniz. Azərbaycanın son illərdəki nailiyyətləri Sizin adınızla bağlıdır. Və təkcə humanitar və mədəni sahələrdə deyil. Siz möhtəşəm təşkilatçısınz, Siz insanların öz yerlərində olmasına necə nail olmağı bilirsiniz, eyni zamanda onların Azərbaycanın rifahı naminə öz potensialını tam açmasına da nail olursunuz. Və ən başlıcası, yekunda Siz gözəl, ağıllı, geniş təhsilli və dərindən anlayan insansınız. Bu gün həyat Sizi beşlərlə bürüyüb. Sizə hər şeydə “əlaçı” olaraq qalmağı arzu edirəm. Sizə, dərindən hörmət bəslədiyim və hörmət etdiyim həyat yoldaşınıza, Sizin bütün ailənizə xoşbəxtlik, can sağlığı, uğurlar arzu edirəm. Sizin uğurlarınız Azərbaycanın uğurlarıdır”. Rubrika.az Geri qayıt |