Əsas Səhifə > Hadisə > Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyir
Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyir27-08-2019, 10:29 |
![]() Gürcüstan Abxaziya və Cənubi Osetiya itkisi ilə barışmaq fikrində deyil. Qonşu ölkə prezidenti Salome Zurabişvili belə açıqlama ilə çıxış edib. Rubrika.az bizimyol.info-ya istinadən xəbər verir ki, Gürcüstanın dövlət başçısı prezidentliyi dövründə ölkənin ərazi bütövlüyünün tam təmin olunmasına böyük ümid bəsləyir. “Gürcüstanın heç bir hakimiyyəti – nə bugünkü, nə gələcəkdəki – ərazi bütövlüyünün pozulması ilə barışmayacaq. Heç beynəlxalq ictimaiyyət də bu faktı qəbul etmir”, – prezident belə deyib. Zurabişvili Abxaziya və Cənubi Osetiyanın sülh yolu ilə geri qaytarılacağına ümid edir. Prezident bunun ən böyük arzusu olduğunu bildirib. Gürcüstan bu əraziləri 2008-ci ilin avqustunda itirmişdi. Rusiya Gürcüstanı aqressiyada ittiham edərək respublikaların müstəqilliyinin müdafiəsinə qalxmışdı. Kreml avqustun 26-da həm Abxaziyanın, həm də Cənubi Osetiyanın suverenliyini tanıdığını elan etmişdi. Rubrika.az Geri qayıt |