Əsas Səhifə > Hadisə > Gəncədə baba 3 yaşlı nəvəsini yük maşını ilə vuraraq öldürüb
Gəncədə baba 3 yaşlı nəvəsini yük maşını ilə vuraraq öldürüb28-08-2019, 11:22 |
|
Gəncə şəhərində baba yük maşını ilə nəvəsini vuraraq öldürüb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Yüsif Məmmədəliyev küçəsində qeydə alınıb. Belə ki, Qasımov Ərəstun yük maşını işə salan zaman ehtiyatsızlıqdan nəvəsi, 2016-cı il təvəllüdlü Ərəstun Nizami oğlu Qasımovu vurub. Ağır bədən xəsarətləri alan uşaq xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |