Əsas Səhifə > Hadisə > Lukaşenko ABŞ-la münasibətlərdə yeni səhifə açmaq istəyir
Lukaşenko ABŞ-la münasibətlərdə yeni səhifə açmaq istəyir30-08-2019, 09:23 |
|
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskə səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib. Rubrika.Az-ın Cebhe.info-ya istinadən məlumatına görə, A.Lukaşenko C.Boltona Belarus-ABŞ münasibətlərini təmiz səhifədən başlamağı təklif edib. Dövlət başçısı Boltonla görüşü çox müsbət qiymətləndirib. Prezident Lukaşenkonun sözlərinə görə, Minsk ABŞ-la münasibətlərin pisləşməsindən sonra həmişə yaxşı olmayan bu səhifəni bağlamağı və yenisini başlamağı təklif edib. Con Bolton Belarus prezidentini regional təhlükəsizlik və ikitərəfli əməkdaşlığı müzakirə etməyə çağırıb və tərəflərin ortaq bir dil tapa biləcəklərini əminliyini ifadə edib. “Düşünürəm ki, bu, bir çox vacib mövzuda - regional təhlükəsizlik, ikitərəfli əməkdaşlıqda söhbət etmək üçün çox yaxşı imkandır. ABŞ-ı maraqlandıran bir neçə məsələ var: insan hüquqları, silah yayılmaması. Sizinlə razıyam ki, bu mövzularda son dərəcə açıq olmalıyıq. Düşünürəm ki, ortaq dil tapa bilərik", - Con Bolton belə deyib. Rubrika.Az Geri qayıt |