Əsas Səhifə > İdman > "Qarabağ" "Linfild"ə qarşı
"Qarabağ" "Linfild"ə qarşı29-08-2019, 19:30 |
|
Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulucaq. Rubrika.Az cebhe.info-ya istinadla xəbər verir ki, keçiriləcək 21 oyunla qrup mərhələsinə yüksələn komandalar bəlli olacaq. Turnirdə ölkəmizi təmsi edən “Qarabağ” da cavab matçına çıxacaq. Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək. Səfərdə gözlənilmədən rəqibinə 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası mərhələni keçmək üçün mütləq qalib gəlməlidir. “Qarabağ”a 1:0 hesablı qələbə də bəs edir. 29 avqust Avropa Liqası Pley-off mərhələsinin cavab oyunu 20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) Baş hakim: Sergey İvanov (Rusiya). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Rubrika.Az Geri qayıt |