Əsas Səhifə > Mədəniyyət > Nazim İbrahimov bu gün torpağa tapşırılacaq
Nazim İbrahimov bu gün torpağa tapşırılacaq2-09-2019, 10:55 |
![]() Ötən gün dünyasını dəyişən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, tanınmış ictimai xadim, naşir Nazim İbrahimov sentyabrın 2-də torpağa tapşırılacaq. Rubrika.az open.az-a istinadla xəbər verir ki, bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat yayıb. 84 yaşlı Nazim İbrahimovla vida mərasimi sentyabrın 2-si saat 15.00-da yaşadığı evində (Caspian Plazanın yaxınlığı, Bravo marketlə üzbəüz) olacaq. Nazim İbrahimov Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Sentyabrın 3-də Heydər Məscidində mərhum Nazim İbrahimovun üç mərasimi keçiriləcək. Xatırladaq ki, 1935-ci il fevralın 1-də Bakıda dünyaya gələn Nazim İbrahimov ixtisasca geoloq-geofizik, elmlər namizədi olub. Naim İbrahimov 1993-2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsində çalışıb. Allah rəhmət eləsin! Rubrika.Az Geri qayıt |