Əsas Səhifə > Hadisə > Cinayət törədib Rusiyaya qaçan Zamanov Azərbaycana deportasiya olundu
Cinayət törədib Rusiyaya qaçan Zamanov Azərbaycana deportasiya olundu3-09-2019, 11:25 |
![]() Cinayət məsuliyyətindən yayınaraq Rusiyanın Surqut şəhərində gizlənən X.Zamanov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Virtualaz.org yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yuqra Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, saxlanılan şəxs dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə, rüşvətə təhrik etmədə ittiham olunub. X.Zamanov ötən ilin mayından Rusiyada gizlənməyə müvəffəq olub. Onun Azərbaycanın sorğusu əsasında saxlanıldığı və ölkəyə deportasiya edildiyi bildirilir. Rubrika.Az Geri qayıt |