Əsas Səhifə > Hadisə > Gecə Bakıda iki bacının bıçaqlanması ilə bağlı təfərrüatlar – Cinayət işi açıldı (Yenilənib)
Gecə Bakıda iki bacının bıçaqlanması ilə bağlı təfərrüatlar – Cinayət işi açıldı (Yenilənib)3-09-2019, 12:37 |
![]() Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı cinayət işi başlanıb. Trend-in məlumatına görə, fakta əsasən, Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Binəqədi rayonunda, Binəqədi şossesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. * * * Səhiyyə Nazirliyi gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovanın sağlamlıq vəziyyətini açıqlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda onların vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur. Rubrika.Az Geri qayıt |