Əsas Səhifə > Hadisə > Deputatın oğlu məhkəməyə verildi - aldığı krediti qaytarmır...
Deputatın oğlu məhkəməyə verildi - aldığı krediti qaytarmır...5-09-2019, 12:25 |
![]() Millət vəkili Fəzail Ağamalının oğlu kredit mübahisəsinə görə məhkəməyə verilib. Rubrika.Az FED.az-a istinadla xəbər verir ki, Elçin Ağamalıya qarşı iddia «PAŞA Bank» tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC-ni, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə mübahisələr – İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələr. Hazırda icraat dayandırılıb. Məhkəmə tərəfindən ekspertiza təyin edilib. Millət vəkili Fəzail Ağamalı FED.az-a məsələdən xəbərsiz olduğunu bildirib. Rubrika.Az Geri qayıt |