Əsas Səhifə > Hadisə > Azərbaycanda qızıl-gümüş bahalaşdı

Azərbaycanda qızıl-gümüş bahalaşdı


6-09-2019, 10:26
Azərbaycanda qızıl-gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, sentyabrın 5-də qızılın qiyməti sentyabrın 4-ü ilə müqayisədə 4,2755 manat artaraq 1 unsiya üçün 2626,279 manat təşkil edib.

Gümüş 0,0001 manat bahalaşaraq 1 unsiya üçün 33,0064 manata bərabər olub.

Platinin qiyməti də 43,35 manat artıb və 1680,688 manata çatıb. Palladiumun qiyməti isə 21,5135 manat artaraq 2649,6455 manat təşkil edib.

Rubrika.Az
Geri qayıt