Əsas Səhifə > İdman > Azərbaycan - Xorvatiya matçının hakimləri açıqlanıb
Azərbaycan - Xorvatiya matçının hakimləri açıqlanıb6-09-2019, 14:36 |
![]() Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün bütün təyinatlar açıqlanıb. Rubrika.Az-ın "Report"a istinadla məlumatına görə, qarşılaşma Sandro Şörerin rəhbərlik etdiyi isveçrəli hakimlər briqadasına həvalə olunub. 9 sentyabr AVRO-2020, seçmə mərhələ E qrupu 20:00. AZƏRBAYCAN - XORVATİYA Baş hakim: Sandro Şörer Yan xətt hakimləri: Stefan De Almeyda, Sladan Yosipoviç Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə) Hakim-inspektor: Aleksandru Dyakonu (Rumıniya UEFA nümayəndəsi: Sergey İliç (Belarus) "Bakcell Arena". Qeyd edək ki, Sandro Şörer daha əvvəl "Qarabağ"ın avqustun 22-də Şimali İrlandiya "Linfild"inə səfərdə 2:3 hesabı ilə uduzduğu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu da idarə edib. Rubrika.Az Geri qayıt |