Əsas Səhifə > Hadisə > İmişlidə avtomobil kanala düşüb, 5 nəfər ölüb

İmişlidə avtomobil kanala düşüb, 5 nəfər ölüb


9-09-2019, 10:19
İmişlidə avtomobil kanala düşüb, 5 nəfər ölüb

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt