Əsas Səhifə > Hadisə > Türk Hava Yolları pulsuz bilet paylayır – Aldanmayın!

Türk Hava Yolları pulsuz bilet paylayır – Aldanmayın!


12-09-2019, 16:26
Türk Hava Yolları pulsuz bilet paylayır – Aldanmayın!

Sosial şəbəkələrdə Türkiyə Hava Yollarının pulsuz bilet paylaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Rubrika.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının mətbuat katibi Yəhya Üstün Tvitter səhifəsində məlumat paylaşıb.

“Sosial media platformalarında ”100-cü ildönümümüzü qeyd edir və hər kəsə 2 pulsuz bilet veririk” başlığı ilə THY tərəfindən təşkil olunmuş kimi görünən və qurum adından hədiyyə bilet təklif edən saxta anket məlumatlarının yayıldığı təsbit edilib”, - qurum sözçüsü bildirib.

Qeyd edək ki, THY-nın pulsuz bilet verməsi ilə bağlı link Türkiyədə olduğu kimi, Azərbaycanda da Votsap və digər sosial şəbəkələr vasitəsilə paylaşılıb.

Rubrika.Az
Geri qayıt