Əsas Səhifə > Hadisə > "Fiat" Bakıda 70 yaşlı kişini vurub öldürdü

"Fiat" Bakıda 70 yaşlı kişini vurub öldürdü


13-09-2019, 10:34
"Fiat" Bakıda 70 yaşlı kişini vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

1997-ci il təvəllüdlü İsmayılov Abdulla Nemət oğlu idarə etdiyi "Fiat" markalı avtomobillə Qala-Pirallahı avtomobil yolunda hərəkətdə olarkən yolu keçən, şəxsiyyəti məlum olmayan 65-70 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb. (Trend)

Rubrika.Az
Geri qayıt