Əsas Səhifə > Hadisə > Tovuzda sabiq məhkəmə sədri güllələndi

Tovuzda sabiq məhkəmə sədri güllələndi


13-09-2019, 10:47
Tovuzda sabiq məhkəmə sədri güllələndi

Tovuz rayonunda keçmiş məhkəmə sədri güllələnib.

Rubrika.az-in "Report"a istinadla məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, vaxtilə F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sədri olub. O, 1995-ci ildə fəaliyyətindəki kobudcasına qanun pozuntularına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Rubrika.az
Geri qayıt