Əsas Səhifə > Hadisə > Rusiyanın İqtisadi İnkişaf naziri Azərbaycana səfərə gələcək
Rusiyanın İqtisadi İnkişaf naziri Azərbaycana səfərə gələcək13-09-2019, 13:16 |
![]() Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin sentyabrın sonlarında Azərbaycana səfər edəcək. "Report"un Rusiya bürosunun məlumatına görə, M.Oreşkin sentyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan və Rusiya arasındakı İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak edəcək. Xatırladaq ki, M.Oreşkin Rusiya tərəfdən bu komissiyanın həmsədridir. Azərbaycan tərəfdən isə həmsədr İqtisadiyyat naziri Şahin Mustafayevdir. Komissiyanın iclasında tərəflərin ticari-iqtisadi, o cümlədən mal dövriyyəsinin artırılması, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın inkişafı, regionlararası əməkdaşlıq, habelə əqli mülkiyyət, bankçılıq, kənd təsərrüfatı, sənaye, yanacaq-energetika, humanitar, mədəniyyət, turizm və təhsil sahəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Rubrika.az Geri qayıt |