Əsas Səhifə > Dünya > Əhməd Davudoğlu AKP-dən istefa verib - ƏLAVƏ OLUNUB

Əhməd Davudoğlu AKP-dən istefa verib - ƏLAVƏ OLUNUB


13-09-2019, 13:26
Əhməd Davudoğlu AKP-dən istefa verib - ƏLAVƏ OLUNUB

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

Rubrika.az “Report”a istinadən bildirir ki, o, sentyabrın 13-də keçirdiyi mətbuat konfransında AKP-dən çıxmaqla bağlı qərarını açıqlayıb.
***
Ə.Daudoğlu AKP üzvülüyündən çıxarılacaqlarını təsəvvür etmədiklərini bildirib: “Bizim üçün partiya sıralarından çıxarılma tarixi 2019-cu il sentyabrın 2-dən, AKP-nin qurulması prinsiplərindən imtina etdiyi gündən sayılır. Azsaylı kadrların nəzarətində olan AKP-nin ölkəmizin problemlərini həll etmək imkanı yoxdur”.
“Demokratik nizam qurmaq istəyirk” deyən Ə.Davudoğlu yeni siyasi hərakat yaratdıqlarını bildirib: “Bu gündən etibarən yeni bir siyasi hərəkat qurmaq bizim üçün tarixi məsuliyyətdir. Bu çərçivədə siyasi görüşündən asılı olmayaraq, məsuliyyət hissə edən hər kəsi bilikdə fəaliyyət göstərməyə dəvət edirəm”.

Rubrika.az
Geri qayıt