Əsas Səhifə > Səhiyyə > Səhiyyə Nazirliyi sabiq məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı
Səhiyyə Nazirliyi sabiq məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı13-09-2019, 14:15 |
![]() Səhiyyə Nazirliyi Tovuzda baş verən qətl hadisəsi barədə məlumat yayıb. Rubrika.az Trend-ə istinadla bildirir ki, nazirlikdən verilən məlumata görə, Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri Firudin Ələkbərli saat 09:17-də kritik vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə şöbəsinə qaldırılan zaman kliniki ölüm keçirib. Göstərilən tibbi yardımlara baxmayaraq, yaralını həyatını qaytarmaq mümkün olmayıb. F.Ələkbərli saat 09:49-da dünyasını dəyişib. Rubrika.az Geri qayıt |