Əsas Səhifə > Din > Aşura günü qan verən 169 nəfərdə viruslar aşkarlandı
Aşura günü qan verən 169 nəfərdə viruslar aşkarlandı18-09-2019, 10:34 |
![]() Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım üçün Aşura günü könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb. Bu barədə virtualaz.org-a nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. P. Abubəkirovun sözlərinə görə, aksiyada 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614,1 litr qan tədarük olunub. Mərkəzi Qan Bankında 4 infeksiyaya görə aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub. “HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb. Lakin 44 nəfərdə HbsAg (Hepatit, 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub”,- deyə mətbuat katibi bildirib. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib. Rubrika.az Geri qayıt |