Əsas Səhifə > İdman > Matç zamanı futbolçuları stadionda ildırım vurdu

Matç zamanı futbolçuları stadionda ildırım vurdu


18-09-2019, 12:54
Matç zamanı futbolçuları stadionda ildırım vurdu

Yamaykada futbol matçı zamanı şimşək çaxıb.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, bu barədə “Loop Yamayka” saytı məlumat yayıb.

Hadisə “Walmer Boys School” və Yamayka Kolleci komandalarının görüşü zamanı stadionda baş verib. Oyunun 82-ci dəqiqəsində iki futbolçu qəfil yıxılıb.

Məlum olub ki, ildırım çəmənliyə dəyib. Futbolçular dərhal xəstəxanaya çatdırlıb. Zərbə nəticəsində digər futbolçuların da yüngül xəsarətlər aldığı qeyd olunub.

Rubrika.az
Geri qayıt