Əsas Səhifə > Hadisə > Bakıda gecəyarı qadına qarşı iyrənc hərəkət - Təfərrüat
Bakıda gecəyarı qadına qarşı iyrənc hərəkət - Təfərrüat18-09-2019, 16:24 |
![]() Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Cəlilabad rayon sakini olan qadın sentyabrın 16-da axşam saatlarında bir nəfərin onu döydüyünü, habelə bıçaqla hədələyib, 60 manatını aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Q.Rzayev saxlanılıb. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır. Rubrika.Az Geri qayıt |