Əsas Səhifə > Səhiyyə > Səhiyyə Nazirliyi İsmayıllıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
Səhiyyə Nazirliyi İsmayıllıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb19-09-2019, 14:28 |
![]() Səhiyyə Nazirliyi İsmayılı rayonunda kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Nazirlikdən bildirilib ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib. "Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib", - nazirlikdən bildirilib. Rubrika.az Geri qayıt |