Əsas Səhifə > Hadisə > "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - YENİLƏNİB - VİDEO
"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - YENİLƏNİB - VİDEO19-09-2019, 16:38 |
![]() Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil - "Hyundai-İX35" və "Mercedes" toqquşub. Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Rubrika.az Geri qayıt |