Əsas Səhifə > Hadisə > Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın 23-də Nyu-Yorkda görüşəcək
Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın 23-də Nyu-Yorkda görüşəcək20-09-2019, 11:00 |
![]() Sentyabrın 22-də Nyu-York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur. Rubrika.Az Geri qayıt |