Əsas Səhifə > Hadisə > Maştağada ağır qəza
Maştağada ağır qəza20-09-2019, 11:25 |
![]() Paytaxtın Maştağa qəsəbəsində 79 yaşlı kişi yol qəzasında ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə Maştağa qəsəbəsində Kirov dairəsi adlandırılan ərazisində qeydə alınıb. Qəza nəticəsində 79 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yaralılar 71 yaşlı qadın sağ baldırın kəsilmiş yarası, 37 yaşlı oğlan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hazırda müalicələri davam edir. Rubrika.az Geri qayıt |