Əsas Səhifə > Hadisə > Azərbaycanlıların olduğu mikroavtobus Rusiyada qəzaya uğradı
Azərbaycanlıların olduğu mikroavtobus Rusiyada qəzaya uğradı20-09-2019, 11:33 |
![]() Dağıstanın Qayakənd rayonunun “Kavkaz” federal avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Virtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, hadisə zamanı “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub. Baş vermiş qəza nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar Qayakənd xəstəxanasına çatıdırılıb. Ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir. Yaralılar arasında üç Azərbaycan vətəndaşı da var. Rubrika.az Geri qayıt |