Əsas Səhifə > Təhsil > Vurğun Əyyub vəfat etdi

Vurğun Əyyub vəfat etdi


24-09-2019, 13:34
Vurğun Əyyub vəfat etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyub vəfat edib.

Rubrika.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə onun dostları məlumat veriblər.

V.Əyyub xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Mərhumla vida mərasimi bu gün saat 16-da Xətai rayonu İlqar Zülfüqarov küçəsi 29/42-a 2-ci kvadratla üzbə-üz binanın həyətində yaşadığı mənzildə keçiriləcək.

V.Əyyubun cənazəsi bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləmişdir. 1988-ci ildən filologiya elmləri namizədidir.

Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub.

Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini 1992-ci ildə gerçəkləşdirib.

Vurğun Əyyubla vida mərasimi bu gün saat 4 Xetai rayonu İlqar Zülfüqarov 29/42 a (Məhəmməd Hadi).2 ci kvadratla üzbə -üz binanın həyərində, yaşadığı mənzildə olacaq.

Allah rəhmət eləsin!

Rubrika.az
Geri qayıt