Əsas Səhifə > İdman > UEFA "Qarabağ"ı cəzalandırır – İntizam işi açıldı
UEFA "Qarabağ"ı cəzalandırır – İntizam işi açıldı24-09-2019, 15:39 |
![]() UEFA növbəti dəfə "Qarabağ" klubuna qarşı intizam işi açıb. Rubrika.az xəbər verir ki, Avropa futbol qurumunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır. Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. "Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər. UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq. Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Ölkə çempionu bu mövsüm daha iki dəfə UEFA tərəfindən cərimələnib. Rubrika.Az Geri qayıt |