Əsas Səhifə > Hadisə > Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA-nın vurulması xəbəri dezinformasiyadır (YENİLƏNİB)
Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA-nın vurulması xəbəri dezinformasiyadır (YENİLƏNİB)25-09-2019, 15:48 |
![]() Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb. Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil. Nazirlikdən qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur: "Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir". Rubrika.az Geri qayıt |