Əsas Səhifə > Hadisə > “Paşinyan da oğlunun aqibətini yaşayacaq, oğlu kimi döyüləcək, söyüləcək...”

“Paşinyan da oğlunun aqibətini yaşayacaq, oğlu kimi döyüləcək, söyüləcək...”


25-09-2019, 16:54
“Paşinyan da oğlunun aqibətini yaşayacaq, oğlu kimi döyüləcək, söyüləcək...”

əbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan qulluq etdiyi hərbi hissədə nizam yaratmağa çalışarkən terrorçu Zori Balayanın nəvəsi tərəfindən döyülüb.

Bundan sonra isə Aşot Yerevana aparılıb. Onun paytaxt küçələrində bacısı ilə birlikdə mühafizəçilərin müşaiyəti ilə gəzdiyi bildirilir.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məsələ ilə bağlı Moderator.az-a açıqlama verib:

“Nikol Paşinyan da oğlunun taleyini yaşayacaq. Təbii ki, bu gün Azərbaycanda aparılan siyasətin bəzi nöqsanlarına baxmayaraq, ölkəmizin birinci şəxsinin özünün atdığı addımlar Paşinyan və erməni diasporları tərəfindən qıcığa səbəb olur. Siz özünüz də görürsünüz ki, ermənilər artıq siyasi manevrlərə başlayıblar. Torpaq bizimdir və Paşinyanın oğlu bizim torpaqda nə gəzir ki, hələ üstəlik orda nizam-intizam da yaratsın? Bunun özü bizim üçün qəbahətdir. Zori Balayan türk millətinin həmişə düşməni olub. Onun separatçı yazıları gözümüzün qabağındadır. Amma gərək bizim özümüzün qeyrətimiz olsun. Dağlıq Qarabağ artıq 27 ildir ki, işğal altındadır və bunu bizə unutdurmaq istəyirlər. Ona görə də çox güclü şəkildə əks-hücuma keçib, Zori Balayanın nəvəsinin və Paşinyanın oğlunun qarşısını almalıyıq.

Elə etmək lazımdır ki, birinin də adı-sanı qalmasın. Görünür, bizim buna məsul olan qurumlarımız hələ ki, xüsusi siyasətini yeridir. Düşünürəm ki, Paşinyan da oğlunun aqibətini yaşayacaq, o, da döyüləcək, söyüləcək. Çünki müəyyən vədlərlə hakimiyyətə gələn insan bu gün dediklərini yerinə yetirə bilmir. Əgər bunu yerinə yetirə bilmirsə, istər-istəməz Paşinyanın aqibəti yaxşı olmayacaq. Həre hansı ölkənin rəhbərinin üstünlüyü ondan ibarətdir ki, verdiyi vədlərə əməl etsin.

Bu gün Paşinyanın oğlunun hərəkətinə görə Balayanın nəvəsinin onu döyməsi erməni xalqının bir-birinə olan nifrətinin bariz nümunəsidir. Biz isə bundan istifadə etməliyik. Torpaqlarımızı işğaldan azad etməkdən ötrü partizan müharibəsinə də qalxa bilərik. Amma çox təəssüf ki, biz hələ ki, buna nail ola bilmirik və Paşinyan, Balayan kimilərin övladları bizim torpağımızda kef edir”.

Rubrika.az
Geri qayıt