Əsas Səhifə > Hadisə > Üç yaşlı uşaq hovuza düşərək ölüb

Üç yaşlı uşaq hovuza düşərək ölüb


26-09-2019, 15:44
Üç yaşlı uşaq hovuza düşərək ölüb

Gəncədə azyaşlı uşaq ehtiyatsızlıq nəticəsində hovuza düşərək ölüb.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, üç yaşlı İsmayılov Ümid Rövşən oğlu həyətdəki su hovzuna düşüb.

Yaxınları tərəfindən dərhal xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt