Əsas Səhifə > İdman > UEFA Azərbaycan yığmasının rəqibinə kəsdiyi cəzanı yüngülləşdirib
UEFA Azərbaycan yığmasının rəqibinə kəsdiyi cəzanı yüngülləşdirib27-09-2019, 10:47 |
![]() UEFA Apellyasiya Komitəsi Slovakiya millisinə qarşı cəzanı yüngülləşdirib. Rubrika.Az-ın "Report"a istinadla məlumatına görə, bu ölkənin oktyabrın 10-da Uelslə ev oyununun azarkeşsiz keçirilməsinə dair qərar ləğv olunub. Üstəlik, Slovakiya Futbol İttifaqına kəsilmiş cərimə 20 min avrodan 15 min avroya endirilib. Cəzaya sentyabrın 9-da Macarıstanla səfərdə keçirilmiş AVRO-2020-nin seçmə oyunu zamanı slovakiyalı azarkeşlərin siyasi təxribat xarakterli mesajları səbəb olub. Həmin görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Qeyd edək ki, daha əvvəl Slovakiya ilə görüşdə azarkeşlərinin irqçi davranışları üzündən Macarıstanın oktyabrın 10-da Azərbaycan yığması ilə ev oyununu azarkeşsiz keçirməsinə qərar verilib. Rubrika.Az Geri qayıt |